
"SmartLab" - 5 Mart Buraxılışı.
“İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və 100.5 FM-in (TMB radio) birgə layihəsi olan “SmartLab” verilişi həftənin şənbə və bazar günləri 100.5 FM-də yayımlanır. 5 mart saat 11:00-da baş tutacaq verilişdə Kiber müharibə və müharibə dövründə "fake news" və onlara qarşı mübarizədən danışılacaq. Verilişin qonaqları “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin direktoru Rauf Cabarov və “Bank Respublika” ASC-nin İT İnnovasiyalar şöbəsinin müdiri Rəşad Əliyev olacaq. Verilişin aparıcısı RJ.Surxay . Hər birinizi 5 mart saat 11:00-da 100.5 FM-ə qulaq asmağa dəvət edirik.
Copyright © 2020 Designed by: oawo.com